“Ermənistan dəhşətli kampaniya aparır” – Zaxarova

“Ermənistan dəhşətli kampaniya aparır” – Zaxarova

Erməni Apostol Kilsəsi ətrafında gedən kampaniya Ermənistan və erməni xalqı üçün dağıdıcıdır.

Bunu Rusiya XİN sözçüsü Mariya Zaxarova deyib.

Onun sözlərinə görə, bu proses cəmiyyəti parçalayır, xalqı birləşdirən əsas dəyərləri – iman, din və kilsəni mübahisə obyektinə çevirir.

Zaxarova həmçinin vurğulayıb ki, baş verənlər Rusiya ilə əlaqələndirilir:

“Rusiya Ermənistanın sabitliyində səmimi maraqlıdır, çünki bu, bizim üçün də faydalıdır”, – deyə o əlavə edib.

“Cebheinfo.az”