Rusiyadan Azərbaycana TƏLƏB

Rusiyadan Azərbaycana TƏLƏB

"Rusiya Federasiyası hesab edir ki, konsulluğun Azərbaycanda saxlanılan jurnalistlərə çıxışı təmin olunacaq".

"Cebheinfo.az " xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.

"Təəssüf ki, saxlanılanlara hələ də konsulluq icazəsi verilməyib. Güman edirik ki, buna icazə veriləcək, verilməlidir. Diplomatlarımız Bakıda işləyir, biz burada azərbaycanlı həmkarlarımızla Azərbaycan səfirliyi xətti ilə  işləyirik", - deyə Mariya Zaxarova bəyan edib.

Qeyd edək ki, "Sputnik Azərbaycan" İnformasiya Agentiliyinin direktoru İqor Kartavıx və əməkdaşı Yevgeni Belousov barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçib.

Onların hər ikisi Cinayət Məcəlləsinin 178.3.1-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), 192.2.2 (küllü miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 192.2.3 (mütəşəkkil dəstə tərəfindən törədildikdə), 193-1.3.1 (Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 193-1.3.2 (xeyli miqdarda törədildikdə) maddələri ilə ittiham olunurlar.

Xəzər

"Cebheinfo.az "