Zelenskinin ən böyük dəstəkçisi idi...

Zelenskinin ən böyük dəstəkçisi idi...

 Respublikaçı senator Lindsi Qrehemin ölümü ilə  Ukrayna ABŞ Prezidenti Donald Trampın administrasiyası ilə ən təsirli ünsiyyət kanallarından birini itirib.

“Cebheinfo.az” “Bloomberg”-ə istinadən xəbər verir ki, Kiyev senatorun ölümünü ciddi itki kimi qəbul edib, çünki Trampın ikinci müddətinin böyük bir hissəsində Qrehem ABŞ Prezidenti ilə Volodimir Zelenski arasındakı çətin münasibətlərə baxmayaraq, Ukraynaya ABŞ-nin hərbi dəstəyini qorumağa müvəffəq olub.

“Bloomberg” yazır: "Senator Lindsi Qrehemin ölümü iləbəzən Tramp administrasiyasına təsir göstərməkdə çətinlik çəkən Ukrayna kimi ABŞ-nin əsas müttəfiqlərini Ağ Evlə ən təsirli ünsiyyət kanallarından birindən məhrum etdi".

Agentlik qeyd edir ki, Qrehem 2022-ci ildən bəri Ukraynaya on dəfə səfər edib və sonuncu səfəri ölümündən bir neçə gün əvvəl baş tutub.

“Bloomberg” hesab edir ki, Kiyev və Vaşinqtonun digər müttəfiqləri indi ABŞ-da maraqlarını effektiv şəkildə təmsil edə biləcək yeni siyasətçilər axtarmalı olacaqlar. Nəşrin qeyd etdiyi kimi, bu, asan olmayacaq, çünki Qrehem Senatdakı təsirini, Donald Trampla yaxın münasibətlərini, dünya liderləri ilə əlaqələrini və hər iki partiyanın nümayəndələri ilə qarşılıqlı əlaqə qurma qabiliyyətini birləşdirib.

Agentliyin mənbələrindən biri bildirib ki, Kiyevdə senatorun ölümü "Ukraynanı həqiqətən dəstəkləyən və ona kömək etmək üçün əlindən gələni edən nadir bir respublikaçı üçün böyük bir itki" kimi qəbul edilib.

Xatırladaq ki, Lindsi Qrem 11 iyulda 71 yaşında vəfat edib. O, Rusiyaya qarşı sanksiyaları sərtləşdirmək üçün qanun layihəsinin müəlliflərindən biri idi, bu qanun layihəsinə, xüsusən də Rusiya nefti, qazı, uran və digər malları alan ölkələrə ikinci dərəcəli sanksiyaların tətbiq edilməsi daxil idi. Bundan əlavə, senator İsrailin açıq şəkildə dəstəkçisi olub və ABŞ-nin İrana qarşı hərbi kampaniyasını müdafiə edib.

Xəzər

“Cebheinfo.az”