Akif Səfərov məhkəmə zalında ağlayıb

Akif Səfərov məhkəmə zalında ağlayıb

Xəbər verdiyimiz kimi, Rusiyanın Yekaterinburq şəhərində hüquq-mühafizə orqanları tərəfindən saxlanılan azərbaycanlıların məhkəmə prosesi başlayıb.

“Cebheinfo.az” xəbər verir ki, OMON-nun əməliyyaı çərçivəsində saxlanılan Məzahir Səfərov 22 sutka müddətinə istintaq təcridxanasına göndərilib.

Dövlət ittihamçısı digər şübhəli Akif Səfərov barəsində həbs-qətimkan tədbirinin seçilməsini tələb edib. Akif Səfərov  1963-cü il təvəllüdlü. Ailəlidir, yetkin yaşına çatmış uşaqları var. O, həm də  işdə adı çəkilən “Kaspi” kafesində direktor işləyir. 

Dövlət itithamçısı onun barəsində də 22 sutka həbs  qətimkan tədbiri seçilməsini istəyib. Prosesi izləyən rus jurnalistləri bildirirlər ki, o, məhkəmə zalında ağlayıb, vəkilləri onu sakitləşdiriblər.

Xəzər
“Cebheinfo.az”