Naxçıvanda vəzifəli şəxs qəzada öldü, hamilə xanımı yaralandı - FOTOLAR

Naxçıvanda ağır yol-nəqliyyat hadisəsi baş verib.
“Cebheinfo.az” AZƏRTAC-a istinadən xəbər verir ki, hadisə Naxçıvan-Sədərək magistralının Kəngərli rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, "NAZ Lifan" markalı avtomobillə "Qazel" markalı avtomobil toqquşub.
Hadisə yerinə Daxili İşlər və Fövqəladə Hallar nazirliklərinin əməkdaşları cəlb olunublar, fakt araşdırılır.
APA-nın məlumatına görə, qəzada hamilə qadın, Qıvraq qəsəbə sakini, 2000-ci il təvəllüdlü Məmmədova Xanım Müşviq qızı və Şərur rayonu Cəlilkənd sakini, 1981-ci il təvəllüdlü İsayev Yaməddin Şəmsəddin oğlu xəsarət alıblar, vəziyyətləri ağırdır.
Qeyd edək ki, qəza zamanı Qıvraq qəsəbə sakini, 1996-cı il təvəllüdlü Məmmədov Emin Rza oğlu və 1974-cü il təvəllüdlü Məmmədzadə Davud Yaqub oğlu dünyasını dəyişib.
Emin Məmmədov və Xanım Məmmədova ər-arvaddılar. Eyni zamanda, E.Məmmədov Kəngərli rayonu Qıvraq qəsəbəsinin icra nümayəndəsi vəzifəsində çalışırdı.
“Cebheinfo.az”