“Komedixana”nın ən çox izlənilən aktyoru kimdir? - SİYAHI

“Komedixana”nın ən çox izlənilən aktyoru kimdir? - SİYAHI

Son illərdə ölkəmizdə ən çox baxılan layihələrdən biri “Komedixana”dır.

“Xəzər” telekanalında yayımlanan layihəyə maraq kifayət qədər böyükdür. Həftədə iki bölümü nümayiş olunan layihənin  istər televiziya, istərsə də sosial şəbəkələrdəki reytinqi yüksəkdir. Layihənin bu qədər sevilməsi orada rol alan məşhurların da izləyicilərinin artmasına səbəb olur. Bunun məntiqi nəticəsi olaraq “Komedixana” aktyorlarının “Instagram”dakı izləyici sayı durmadan artır.

Maraqlıdır, hazırda “Komedixana”nın ulduzlarının “Instagram”-da nə qədər izləyicisi var?

“Cebheinfo.az” bununla bağlı müşahidə aparıb. Nəticə aşağıdakı kimidir:

1. Mənsur Şərif – 1 milyon izləyici
2. Xəyalə Quliyeva – 564 min izləyici
3. İlkin Misgərli – 322 min izləyici
4. Həsrət Həsrətov – 228 min izləyici
5. Ənvər Abbasov – 172 min izləyici
6. Zarina Qurbanova – 157 min izləyici
7. Mələk Kazımova – 135 min izləyici
8. Elgün Hüseynov – 55 min izləyici
9. Gülzar Əşrəfova – 14 min 800 izləyici.

Qeyd edək ki, “Komedixana”nın rəsmi “Instagram” hesabının isə 179 min izləyicisi var.

Elmir Mustafa
“Cebheinfo.az”