Günün ikinci xəbəri: AZAL bu reysləri də ləğv etdi

Günün ikinci xəbəri: AZAL bu reysləri də ləğv etdi

Yaxın Şərqdə baş verən son hadisələr və bir sıra ölkələrin hava məkanlarının təhlükəsizlik səbəbindən bağlanması ilə əlaqədar Azərbaycan Hava Yolları aviaşirkətinin 13 iyun 2025-ci il tarixinə planlaşdırılan bəzi reysləri ləğv edilib.

"Cebheinfo.az" xəbər verir ki, bunlar aşağıdakılardır:

    •    Bakı-Lahor-Bakı
J2 145/146
    •    Bakı-Mumbai-Bakı
J2 059/060
    •    Bakı-Dammam-Bakı
J2 8205/8206

AZAL uçuşların təhlükəsizliyini əsas götürərək vəziyyəti daim nəzarətdə saxlayır və sərnişinləri hər hansı yenilik barədə operativ şəkildə məlumatlandıracaq.

Əlavə suallar yaranarsa, sərnişinlər [email protected] elektron poçt ünvanı vasitəsilə aviaşirkətə müraciət edə bilərlər.

"Cebheinfo.az"