Aeroport yolunda yük maşını piyadanı vurub öldürdü

Bakıda yük maşını qəza törədib.
"Cebheinfo.az" xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq yaşayış massivində qeydə alınıb.
Belə ki, “Ford Tranzit” markalı yük maşınının 1991-ci il təvəllüdlü sürücüsü Famil Faxrət oğlu Cavadov hərəkətdə olarkən, 1952-ci il təvəllüdlü piyada Arif Qədimulla oğlu Fətəliyevi vurub.
Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Xəzər RPİ-də cinayət işi başlanıb.
"Cebheinfo.az"