8-ci mərtəbədən yıxılan üç yaşlı körpənin son DURUMU
Bakıda 8-ci mərtəbədən yıxılan 3 yaşlı uşağın vəziyyəti stabildir.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildiriblər. Məlumatda qeyd edilir ki, iyunun 7-də saat 00:10-da Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzində Bakı şəhəri, Xocalı prospekti, 24 A ünvanından çağırış qeydə alınıb:
"Aidiyyəti üzrə təcili tibbi yardım briqadası tərəfindən 2023-cü il təvəllüdlü uşaq (kişi cinsli) müştərək zədələnmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub. Zəruri tibbi xidmətlər göstərilən pasiyentin müalicəsi Travmatologiya şöbəsində davam etdirilir, vəziyyəti ağır stabildir".
13:12
Bakıda azyaşlı binanın səkkizinci mərtəbəsindən yıxılıb.
Oxu.Az-ın məlumatına görə, hadisə iyunun 7-də gecə saatlarında paytaxtın Xətai rayonu Xocalı prospektində baş verib.
2023-cü il təvəllüdlü M.Əsgərli prospektdəki çoxmərtəbəli binanın 8-ci mərtəbəsindəki mənzilin pəncərəsindən yıxılıb. Azyaşlı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
"Cebheinfo.az"


