Goranboyda maşın evə çırpıldı - Xəsarət alanlar var

Goranboyda maşın evə çırpıldı - Xəsarət alanlar var

Goranboyda ağır qəza baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Ağcəkənd istiqamətində olub.

İlkin məlumata görə, “KİA” markalı avtomobil evə çırpılıb.

Nəticədə iki nəfər yaralanıb. Yaralılardan birinin vəziyyəti ağırdır. Xəsarət alan şəxslərin kimliyi dəqiqləşdirilir. 

Faktla bağlı araşdırma başlanılıb.

"Cebheinfo.az"