Gəncədə minik maşınları toqquşub

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, qəza şəhərin “Daş Körpü” adlanan ərazisində qeydə alınıb.
Hərəkətdə olan iki minik avtomobili toqquşub.
Nəticədə 1970-ci il təvəllüdlü A.Bədəkov xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
"Cebheinfo.az"