"Reaksiya Media Group"un 10 yaşı oldu

"Reaksiya Media Group" 10 yaşını tamamlayıb.
“Cebheinfo.az” xəbər verir ki, "Reaksiya Media Group" 2 iyun 2015-ci il tarixdən fəaliyyətə başlayan Azərbaycanda, regionda və dünyada baş verən prosesləri tam tərəfsiz, özünəməxsus və hərtərəfli bir şəkildə tamaşaçılara çatdıran müstəqil media qurumudur.
Qeyd edək ki, "Reaksiya Media Group"un tərkibində hazırda “Reaksiya.az” informasiya portalı, “ReaksiyaTV” internet televiziyası və “Karabakh.Today” informasiya platforması fəaliyyət göstərir.
"Reaksiya Media Group"un təsisçi və baş direktoru tanınmış jurnalist Zaur Qəriboğludur.
Biz də “Cebhe.info” Xəbər Portalı, “Cümhuriyət” qəzeti və “Cebhe TV” kollektivi olaraq "Reaksiya Media Group"un komandasını 10 illik yubileyləri münasibəti ilə təbrik edirik.
“Cebheinfo.az”