"Narkomaniya əleyhinə səfərbərlik" Layihəsi -Hazırlıq mərhələsində

"Narkomaniya əleyhinə səfərbərlik" Layihəsi -Hazırlıq mərhələsində

Valideyn Himayəsindən Məhrum Olmuş Uşaqlara Dayaq İçtimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Narkomaniya əleyhinə səfərbərlik" adlı layihəsi hazırlıq mərhələsindədir.

"Cebheinfo.az" QHT.az-a istinadən xəbər verir ki, layihə Ümummilli liderimiz Heydər Əliyevi 15 iyul 2000-ci il tarixli Fərmaını və Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2019-cu il tarixli 1334 nömrəli Sərəncamı ilə "Narkotik vasitələrin, psixotrop maddələrin  və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair  Dövlət Proqramına " əsaslanır.

Layihədə ixtisaslı ssenarist  tərəfindən yazılan ssenari üzrə vidio-çarx çəkiləcək. Layihədə mövzu üzrə  çəkiləcək 10-12 dəqiqəlik vidio-çarx  sosial şəbəkələr vasitəsilə uşaq və yeniyetmələrin,valideynlərin nümayişinə təqdim olunacaq. Sözügedən vidio-çarx uşaq və yeniyetmələrin  həyatını düzgün istiqamətləndirmələrinə təsiri olacaq. Hətta valideyinlərin övladlarına qarşı diqqət və qayğısını artıracaqdır.

"Narkomaniya əleyhinə səfərbərlik" adlı layihənin mövzu üzrə vidio -çarx vasitəsilə əsas məqsədi uşaq və yeniyetmələri və onların valideynlərini  nakomaniyanın zərərləri barədə erkən zamanda məlumatlandırmaqdır- deyə Valideyn Himayəsindən Məhrum Olmuş Uşaqlara Dayaq İçtimai Birliyinin sədri Mehriban Hüseynova bildirmişdir.

"Cebheinfo.az"