Goranboyda yol qəzasında iki nəfər ölüb: Xəsarət alanlar var - FOTOLAR

Goranboyda yol qəzasında iki nəfər ölüb: Xəsarət alanlar var - FOTOLAR

Goranboy rayonunda iki nəfərin ölümü ilə nəticələnən avtomobil qəzası baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Səmədabad kəndinin ərazisində qeydə alınıb.

"VAZ-2107" və "VAZ-2106" markalı avtomobillərin toqquşması nəticəsində iki nəfər ölüb, bir neçə nəfər xəsarət alıb. Onlar yaxınlıqda yerləşən xəstəxanalardan birinə yerləşdiriliblər.

Hadisənin səbəbləri araşdırılır.

"Cebheinfo.az"