Qazaxda ağır qəza: 4 nəfər öldü

Qazaxda ağır yol qəzası baş verib.
"Cebheinfo.az" xəbər verir ki, hadisə rayonun Abbasbəyli kəndində qeydə alınıb.
Belə ki, “BMW” markalı avtomobilin idarəetmədən çıxaraq divara çırpılması nəticəsində 1997-ci il təvəllüdlü Ramal Vəliyev, 2000-ci il təvəllüdlü Zaur Əhmədov, 1997-ci il təvəllüdlü Rafət Nəsibov və 2004-cü il təvəllüdlü Göyüş Nəbiyev aldıqları ağır xəsarətdən dünyasını dəyişiblər.
Faktla bağlı araşdırma aparılır.
"Cebheinfo.az"