Cüdoçularımızdan DÇ-yə uğursuz start

Cüdoçularımızdan DÇ-yə uğursuz start

Bu gün Macarıstanın paytaxtı Budapeştdə cüdo üzrə böyüklər arasında dünya çempionatına start verilib.

"Cebheinfo.az" xəbər verir ki, yarışın ilk günündə Azərbaycanın üç cüdoçusu mübarizə aparıb. Onların hər üçü mübariəni erkən başa vurub.

Əhməd Yusifov (60 kq) 1/16 finalda yaponiyalı Ryuju Naqayamaya uduzub.

Leyla Əliyeva (48 kq) 1/32 finalda türkmənistanlı Kurbanay Kurbanova ilə qarşılaşıb. Qələbə qazanan cüdoçumuz ikinci qarşılaşmasında Laura Martinesə (İspaniya) uduzub.

Könül Əliyeva (48 kq) isə 1/32 finalda ABŞ təmsilçisi Mariya Seliya Laborde ilə üz-üzə gəlib və məğlub olub. 

Qeyd edək ki, mundialda Azərbaycanı 10 çəki dərəcəsində 13 cüdoçu (9 kişi, 4 qadın) fərdi yarışlarda təmsil edəcək. Yığmamız həmçinin qarışıq komanda yarışında mübarizə aparacaq.

"Cebheinfo.az"