"Real" Argentina millisinin futbolçusunu transfer edib

"Real" Argentina millisinin futbolçusunu transfer edib

İspaniyanın "Real" klubu Argentina millisinin və "River Pleyt"in gənc üzvü Franko Mastantuononu transfer edib.

Bu barədə Madrid klubunun mətbuat xidməti məlumat yayıb.

Argentinalı yarımmüdafiəçi ilə müqavilənin müddəti 2031-ci ilə qədər nəzərdə tutulub. Lakin anlaşma avqustun 14-də, futbolçunun 18 yaşı tamam olan gün qüvvəyə minəcək.

Xarici KİV-də yer alan məlumatlara görə, transferin məbləği təxminən 45 milyon avro təşkil edəcək və bu, hissə-hissə ödəniləcək.

Qeyd edək ki, F.Mastantuono “River Pleyt”in heyətində meydana çıxdığı 61 matçda 10 qola 7 məhsuldar ötürməyə imza atıb. O, iyunun 6-da Argentina millisində debüt edib.

“Cebheinfo.az”