"Formula-1": Monako Qran-prisinin təsnifat mərhələsinin qalibi müəyyənləşdi

"Formula-1": Monako Qran-prisinin təsnifat mərhələsinin qalibi müəyyənləşdi

İtaliyalı pilot Kimi Antonelli "Mercedes" komandasının heyətində "Formula-1" üzrə dünya çempionatının altıncı mərhələsi olan Monako Qran-prisinin təsnifat mərhələsində qalib gəlib.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, ikinci yeri "Red Bull" komandasının şərəfini qoruyan niderlandlı pilot Maks Ferstappen tutub.

Üçüncü nəticəni isə "Ferrari" komandasından britaniyalı Lyuis Hemilton göstərib.

Əsas yarış iyunun 7-də keçiriləcək. Start Bakı vaxtı ilə saat 16:00-a planlaşdırılıb.

"Cebheinfo.az"