Mahir Emrelinin yeni klubu açıqlandı

Azərbaycan millisinin hücumçusu Mahir Emreli Almaniyanın "Kayzerslautern" klubu ilə anlaşıb.
Bu barədə insayder Florian Plettenberq məlumat yayıb.
Xəbərdə 27 yaşlı futbolçunun II Bundesliqa klubu ilə 3 illik müqavilə bağladığı bildirilir.
Qeyd edək ki, Mahir Emreli ötən mövsümü Almaniyanın digər klubu "Nürnberq"in heyətində keçirib.
"Cebheinfo.az"