Bu bankların kartlarında da problem yarandı

Bu bankların kartlarında da problem yarandı

"AccessBank” və “ExpressBank”da da texniki problemlər yaşanır.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə banklardan müştərilərinə bildiriş mesajı göndərilib.

Hər iki bankın xəbərdarlığında texniki səbəblərdən kart əməliyyatlarında fasilələr yarandığı qeyd olunub.

Xatırladaq ki, daha əvvəl Azərbaycan Beynəlxalq Bankı bəzi kart əməliyyatları ilə bağlı texniki problem yarandığını açıqlamışdı.

"Cebheinfo.az"