Ceyhun Bayramov pakistanlı həmkarı ilə görüşünə dair paylaşım edib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov pakistanlı həmkarı İshaq Dara təşəkkürünü bildirib.
Bu barədə ölkənin baş diplomatı sosial şəbəkədə paylaşım edib.
“Əziz qardaşım İshaq Dar, səni Laçında görməkdən, həqiqətən də, məmnunluq oldum.
Azərbaycan, Türkiyə və Pakistan arasında tarixi Üçtərəfli Zirvə çərçivəsində 28 May — Müstəqillik Günümüz münasibətilə keçirilmiş tədbirlərdə iştirak etdiyiniz və bizə qoşulduğunuz üçün səmimi təşəkkürümü bildirirəm.
Yaşasın qardaşlığımız, dostluğumuz və birliyimiz!”, – o qeyd edib.
"Cebheinfo.az"