Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç - FOTOLAR

Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç - FOTOLAR

Cəbrayıl rayonunun Şükürbəyli kəndinə növbəti köç olub.

APA-nın bölgə müxbirinin xəbərinə görə, Şükürbəyli kəndinə növbəti köç karvanı ilə çatan ailələrə fərdi yaşayış evlərinin açarları təqdim edilib.

Açarların təqdim olunması mərasimində aidiyyəti dövlət qurumlarının nümayəndələri iştirak ediblər. Ailələr yeni evlərində məskunlaşıblar.

Qeyd edək ki, bu mərhələdə Şükürbəyli kəndinə 7 ailə, ümumilikdə 28 nəfər köçürülüb. Köçürülənlər müxtəlif ərazilərdə müvəqqəti məskunlaşmış keçmiş məcburi köçkünlərdir.

"Cebheinfo.az"