Hibrid təhdidərə qarşı mübarizə hər bir vətəndaşın işidir - FOTOLAR

Hibrid təhdidərə qarşı mübarizə hər bir vətəndaşın işidir - FOTOLAR

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Yeni Fikir” JHİB tərəfindən həyata keçirilən “Hibrid təhdidlərə qarşı yerli mediada iş” layihəsi çərçivəsində Zaqatala şəhərində “Xarici müdaxilələr və hibrid təhdidlər” mövzusunda “Dəyirmi masa” keçirildi.

"Cebheinfo.az" xəbər verir ki, iştirakçılar  Qarabağ uğrunda həyatını qurban verən şəhidlərin ruhunu bir dəqiqəlik sükutla yad etdi.

Tədbiri giriş sözü ilə layihənin koordinatoru və eyni zamanda təşkilatın rəhbəri Elmira Mehdiyeva açaraq iştirakçıları layihənin məqsəd və məramı  ilə tanış etmişdir. Qeyd etmişdir ki, müasir dünyada yeni texnologiyalar və media artıq ideoloji silaha çevrilir.  Qarşımızda artıq elə bir müharibə var ki, bu müharibədə güllə yox, təbliğat var, diviziya, tank, təyyarəyə ehtiyac yoxdur - bir internet bağlantısı, bir telekanal  bəs edir. Mübarizə ağıl səviyyəsində- dəyərlər, zövqlər, mədəni reflekslər və emosional reaksiyalar üzərindən gedir.  Layihənin məqsədi də iştirakçıları hibrid təhdidlərin strategiyası ilə tanış etmək, onlara belə təhlükələrdən qorunmağın yollarını izah etməkdir.

Təlimçi İbrahim İbrahimov  çıxış edərək demişdir:- Müasir dövrdə informasiya hücumları sistemli hibrid müharibəsinin tərkib hissəsinə çevrilmişdir. Bəs ideoloji təhdid əslində nədir? – bu cəmiyyətin daxili dayanıqlığını sıradan çıxarmağı hədəfləyən ideoloji konsepsiyaların zorla və ya aldadıcı yolla toplumlara sırıdılması kimi izah olunur. Məsələ təkcə ictimai quruluşun deyil, xalqın mənəvi və psixoloji dayaqlarının çökməsidir. Bu təhdidin ən geniş yayılmış vasitəsi - media məkanıdır: sosial şəbəkələr, seriallar, saxta sənədli filmlərdir. Əvvəllər bir ordu sərhədi keçəndə ölkə ərazi itirirdi. İndi isə ölkə ideoloji immunitetini itirsə, təkcə torpaq deyil - bütöv varlığı təhlükə altına düşür.

Müasir dünyanın bu qorxunc təhdidlərinə məruz qalan ölkələrdən biri də Azərbaycandır. Azərbaycanın son illərdə əldə etdiyi nailiyyətlər təkcə Ermənistanı deyil, ermənipərəst digər güc dövlətlərini də narahat edir və onlar hər vasitə ilə bizim daxili və xarici siyasətimizə təsir göstərməyə çalışırlar.  Bizlər çalışmalıyıq ki, əldə etdiklərimizi əldə saxlayaq, milli-mənəvi dəyərlərimizi yad təsirlərdən qoruyaq, dini-etnik zəmində olan pozuculuq hallarına uymayaq.

İştirakçılar layihənin bu günümüzlə uzlaşan aktual bir mövzuya həsr olunmasından razı qaldıqlarını bildirirlər.  Həqiqət Qədimova, Xədicə Şabanova,  Samirət Əhmədova, İlkin Həbilov və başqaları çıxış edərək istifadə etdikləri telefonlara həqiqətən, tanımadıqları insanlardan zənglərin gəldiyini, sosial şəbəkələrdə gedən bir-çox xəbərlərin milli dəyərlərimizə zidd olduğunu artıq açıq-aydın gördüklərini bildirirlər. Qeyd edirlər ki, belə müzakirələr bu təklükələrin xarakterini bilməkdə, onlara qarşı daha diqqətli olmaqda çox əhəmiyyətlidir.

Ekspert ona ünvanlanan sualları cavablandırıb.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Yeni Fikir” JHİB tərəfindən həyata keçirilən “Hibrid təhdidlərə qarşı yerli mediada iş” layihəsi çərçivəsində Zaqatala şəhərində “Xarici müdaxilələr və hibrid təhdidlər” mövzusunda “Dəyirmi masa” keçirildi.

"Cebheinfo.az"