Ağırlıqqaldırma üzrə Azərbaycan birinciliyinə oğlanların mübarizəsi ilə yekun vurulub

Ağırlıqqaldırma üzrə Azərbaycan birinciliyinə oğlanların mübarizəsi ilə yekun vurulub

Ağırlıqqaldırma üzrə gənclər arasında Azərbaycan birinciliyinə oğlanların mübarizəsi ilə yekun vurulub.

"Cebheinfo.az" xəbər verir ki, bu gün 6 çəki dərəcəsində mükafatçılar müəyyənləşib.

60 kq çəki dərəcəsində Amin Osmanov toplamda 237 kq (102 kq + 135 kq), 65 kq-da Dəniz Bağırov toplamda 231 kq (104 kq + 127 kq), 71 kq-da Əbdülhüseyn Hüseynov toplamda 247 kq (111 kq + 136 kq) nəticə ilə fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

79 kq çəki dərəcəsində Ravin Alməmmədov toplamda 300 kq (130 kq + 170 kq), 88 kq-da Məmməd Əhmədzadə toplamda 297 kq (132 kq + 165 kq), 94 kq-da Akif Abdullayev toplamda 312 kq (140 kq + 172 kq) nəticə ilə çempion olublar.

"Cebheinfo.az"