Bu il ilk dəfə Astarada sertifikasiya keçiriləcək

Bu il ilk dəfə Astarada sertifikasiya keçiriləcək

"Bu il ilk dəfə Astarada müəllimlərin sertifikatlaşdırılması həyata keçiriləcək". 

"Cebheinfo.az" xəbər verir ki, bu sözləri Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi Təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli müəllimlərin sertifikatlaşdırılması prosesi ilə bağlı təşkil olunan media brifinqində qeyd edib.

O bildirib ki, bu il müəllimlərin sertifikatlaşdırması prosesində 19 minə yaxın müəllim iştirak edəcək:

"İmtahanlardan əvvəl "Microsoft Teams" platforması üzərində müəlllimlər üçün sınaq mərhələsi keçirilib. Sınaq imtahanlarında 10 minə yaxın müəllim iştirak edib.

150 müəllim isə müasir metodiki xidmət layihəsinə cəlb olunub. Hazırda 65 minə yaxın müəllim sertifikatlaşdırma prosesinə cəlb edilib".

Nigar
"Cebheinfo.az"