Nəzakət Mehdiyeva: “Sertifikasiya imtahanına asan sualların...”

Nəzakət Mehdiyeva: “Sertifikasiya imtahanına asan sualların...”

"Sertifikasiya imtahanına asan sualların salınmasının məqsədi nə qədər müəllimin bunu bilməsini öyrənmək deyil".

“Cebheinfo.az" xəbər verir ki, bunu Təhsil İnstitutunun Təhsilverənlərin Peşəkar İnkişafı Mərkəzinin direktoru Nəzakət Mehdiyeva müəllimlərin sertifikatlaşdırılması prosesi ilə bağlı təşkil olunan media brifinqində qeyd edib.

O bildirib ki, hələ də belə sualları bilməyən müəllimlər var:

“Biz istəsək də, istəməsək də suallar asan, orta və çətin olaraq bölünməlidir. Çətin suallar mütləq olmalıdır.

Onlar olmasa, ən yaxşıları təyin etmək mümkün olmaz. Bu imtahanlardan sonra biləcəyik ki, kim mentor və metodist ola bilər”.

Nigar
"Cebheinfo.az"