“Ağdamlı Dəmir” yol polisinə tabe olmadı: Üstünə maşın sürdü - VİDEO

Bakıda sürücünün yol hərəkəti qaydalarını pozaraq avtomobili idarə etməsi digər hərəkət iştirakçıları üçün də təhlükəli vəziyyət yaradıb.
“Cebheinfo.az” xəbər verir ki, paytaxtın Yasamal rayonunda qayda pozmağa başlayan sürücü qanunsuz əməllərinə Səbail rayonunda da davam edib.
Belə ki, rayonun Nəriman Nərimanov prospekti ərazisində yol polisinin “Saxla” əmrinə tabe olmayan “Range Rover”markalı 90-UO-009 qeydiyyat nişanlı avtomobilin sürücüsü daha sonra dönmə siqanlından istifadə etmədən qəfil sağ-sol manevrləri edərək edərək təhlükə yaradıb.
Ardınca isə Teleteatrın qarşısında əks yola çıxaraq birbaşa Teymur Elçin küçəsinə hərəkət edib. Bu zaman sürücü qarşısına çıxan və işıq və səs siqnalını aktivləşdirən Pos-Patrul Xidməti avtomobilinə də çətin anlar yaşadıb. Belə ki, “Range Rover”i polisin üstünə sürərək onu dayanmağa məcbur edib və hərəkəti davam etdirib.
Qeyd edək ki, avtomobilin keçmiş MTN şefi Eldar Mahmudovun şəriki olmuş və “Ağdamlı Dəmir” ləqəbilə tanınan maşın alverçisi Dəmir Abdullayevə aid olduğu bildirilir.
“Cebheinfo.az”