Laçında maraqlı dialoq: "Sən mütləq general olacaqsan"

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev mayın 27-də Laçın şəhərində sakinlərlə görüşüb və onlarla söhbət edib.
"Cebheinfo.az" KONKRET.az-a istinadən xəbər verir ki, görüş zamanı Prezidentlə Laçın sakinləri arasında maraqlı dialoq baş tutub.
Həmin söhbəti təqdim ediriik:
Sakin: Cənab Prezident, bu da xüsusi təyinatlıdır.
Prezident İlham Əliyev: Ay maşallah, ay maşallah. Neçə yaşı var?
Sakin: Beş.
Prezident İlham Əliyev: Maşallah. Rütbəsi də var.
Sakin: Bəli, bəli.
Prezident İlham Əliyev: Rütbəni kim verib sənə, özün? Sən mütləq general olacaqsan.
"Cebheinfo.az"