Baqrat kütləvi aksiyalara hazırlaşır

“Küçə mübarizəsi dayanmayıb, “Vətən naminə” hərəkatının lideri, arxiyepiskop Baqrat Qalstanyan yaxın günlərdə növbəti addımlar və genişmiqyaslı etirazlar barədə məlumat verəcək”.
“Cebheinfo.az”-ın məlumatına görə, “Ermənistan” fraksiyasının deputatı Harnik Danielyan belə deyib.
O əlavə edib ki, Qalstanyanın hərəkata rəhbərlik etməyə davam edəcəyini və onu dəstəkləyəcəyini bildirib.
“Bizim heç bir fikir ayrılığımız yoxdur, birlikdə işləyirik. Baş nazirliyə namizəd olub-olmamasına Qalstanyan özü qərar verməlidir”, - deyə deputat əlavə edib.
Onun qiymətləndirməsinə görə, Qalstanyan ikili vətəndaşlığı olsa da, öz namizədliyini irəli sürə bilər.Danielyanın sözlərinə görə, parlament müxalifəti hərəkatı məhv etməyib.
“60-70 min insan küçələrə çıxmır, amma biz gəlib bu hərəkatı məhv etdik. Biz heç kimi evə göndərməmişik. Elə adamlar da olub ki, itaətsizlik edəcəklərinə başqa yerlərdə söz veriblər, amma vədlərinə əməl etməyiblər. Dəqiq kim olduğunu demək istəmirəm. Bəli, biz qarşıya qoyduğumuz məqsədlərə nail ola bilmədik. Amma mən inanıram ki, biz hakimiyyət dəyişikliyinə nail olacağıq”, - deyə Danielyan qeyd edib.
Müşfiq Abdulla
“Cebheinfo.az”