Bu ölkə İsraillə ticarəti kəsir

İrlandiya hökuməti çərşənbə axşamı işğal olunmuş Fələstin ərazisində fəaliyyət göstərən İsrail şirkətləri ilə ticarəti qadağan edən qanun layihəsinin təqdimatına hazırlaşır.
"Cebheinfo.az" xəbər verir ki, bu addım Avropada bir ilk olacaq.
İrlandiyanın Baş Nazirinin müavini və Xarici İşlər və Müdafiə Naziri Simon Harris şənbə günü "X" hesabında Xarici Əlaqələr Komitəsinin gələn ay qanun layihəsini araşdırmağa başlayacağına ümid etdiyini bildirib.
Harrisin bəyanatı Avropa Birliyinə üzv ölkələrin əksəriyyətinin İsraillə ticarətə yenidən baxmağa razılıq verməsindən bir neçə gün sonraya təsadüf edir.
Simon Harris İsrailin Qəzzaya hücumlarını “soyqırım” və “müharibə cinayəti” adlandırıb.
"Bu, sadəcə nəzərdən keçirilməməlidir, dayandırılmalıdır, çünki sadəcə olaraq hər şeyin normal olduğunu iddia edə bilməzsən",- deyən Harris dünyanın kifayət qədər iş görmədiyini bildirib.
Harris: “Dünyanın hərəkətə keçməli olduğu aydındır, lakin bu günə qədər demək olar ki, heç nə edilməyib” dedi.
Nigar Hacılı
"Cebheinfo.az"