Yanmış evdən tapılan qadın meyitinə görə tutulan var

Samux rayonu Burunqovaq kəndində 88 yaşlı qadını qətlə yetirməkdə şübhəli şəxs müəyyən olunub.
“Cebheinfo.az” xəbər verir ki, iyunun 29-da Yahuzə Bəkirovanı qətlə yetirməkdə şübhəli bilinən həmin kənd sakini 38 yaşlı Arzu Alıyevi polis əməkdaşları hadisədə şübhəli olduğuna görə aparıblar.
Qeyd edək ki, qadının meyiti ona məxsus yandırılmış evdə aşkarlanıb.
“Cebheinfo.az”