Hərbi təyyarə qəzaya uğrayıb

Cənubi Koreyanın cənub-şərqindəki Pohanq şəhərində 4 nəfərin olduğu dəniz patrul təyyarəsi dağlıq əraziyə düşüb.
"Cebheinfo.az" “Yonhap”a istinadən xəbər verir ki, hərbi patrul təyyarəsi yerli vaxtla saat 13:50 radələrində yerə çırpılıb.
Hadisədən sonra yerli sakinlər Pohanqda dağlıq ərazidən tüstü qalxdığını bildiriblər.
Qəzaya uğrayan hərbi təyyarədəki 4 nəfərin taleyi və qəzanın səbəbi ilə bağlı hələlik məlumat paylaşılmayıb.
Nigar Hacılı
"Cebheinfo.az"