Öcalanın qərarını qəbul ETMƏDİLƏR

Öcalanın qərarını qəbul ETMƏDİLƏR

Terror qruplaşması PKK-nın özünü buraxma və tərksilah qərarı ilə bağlı flaş gəlişmə yaşanıb.

"Cebheinfo.az" xəbər verir ki, PKK-nın İrandakı qolu olan PJAK (özünü Kürdüstan Azad Həyat Partiyası adınadıran qruplaşma -red.) 2004-cü ildən İranda fəaliyyətsilahlı mübarizəyə davam edəcəyini açıqlayıb.

Bu barədə terror qruplaşmasının liderlərindən olan Amir Karimi açıqlama verib.

O, PKK-nın qərarına əməl etməyəcəklərini söyləyib:

"Biz Tehrana qarşı silahlı mübarizəmizə davam edəcəyik. Biz PJAK olaraq nə silahımızı yerə qoyacağıq, nə də özümüzü buraxacağıq. PKK-nın özünü buraxma və tərksilah qərarı onlara aiddir, bizə yox. PJAK-ın bu məsələdəki mövqeyi fərqlidir". 

Qeyd edək ki, 2004-cü ildən fəaliyyətə başlayan PJAK-ın 2-3 min üzvünün olduğu düşünülür. İran-İraq sərhədindəki dağlıq ərazilərdə məskunlaşmış qruplaşma İran, Türkiyə və ABŞ tərəfindən terrorçu kimi tanınır. 

Elmir Mustafa 
"Cebheinfo.az"