Parkda atışma: Xəsarət alanlar var

Parkda atışma: Xəsarət alanlar var

ABŞ-nin Vaşinqton ştatında parkda atışma baş verib.

Hücum zamanı güllələrə tuş gələn 7 nəfər yaralanıb. Xəstəxanaya çatdırılanlardan üçünün vəziyyətinin ağır olduğu bildirilir.

"Cebheinfo.az" xəbər verir ki, ştat polisinin verdiyi açıqlamaya görə, Vaşinqton ştatının Leykfud şəhərindəki Harri Todd parkında baş verən atışmada 7 nəfər güllələnərək yaralanıb.

Məlumatdan sonra hadisə yerinə hüquq-mühafizə orqanları göndərilib.

“Fox 13 Seattle”-da yayımlanan xəbərə görə, yaralılar müalicə alır, onlardan üçünün vəziyyəti ağırdır.Leykfud polis serjantı Çarlz Porç yerli KOMO-TV-yə hadisə yerinə gələndə "çox gərgin mənzərə" ilə qarşılaşdıqlarını söylədi.

Porç atışma zamanı parkda 100-dən çox adamın olduğunu deyib.Atışma ilə bağlı araşdırmanın davam etdiyi bildirilib.

Nigar Hacılı 
"Cebheinfo.az"