İranın bu şəhəri də VURULDU

İranın bu şəhəri də VURULDU

İranın qərbindəki Kebudrahenq şəhərindəki hədəflər İsrail hava hücumları nəticəsində vurulub.

“Cebheinfo.az” xəbər verir ki, bunu Həmədan əyalətinin qubernator müavini Həmzə Əmrani deyib. 

"Mehr" xəbər agentliyi onun sözlərinə istinadən bildirib ki, bir saat əvvəl Kebudrahenq şəhərindəki bir məhəllə düşmən tərəfindən hücuma məruz qalıb:

“Xoşbəxtlikdən, itki olmayıb".

7 iyun axşamı İran İsrailin şimalına raket atıb. İsrail ordusu bütün raketlərin tutulduğunu iddia edib. Bu, İsrailin bazar günü Beyrut ətrafında "Hizbullah" hədəfinə hücumundan sonra baş verib. 

İsrailin məlumatına görə, hücum “Hizbullah”ın İsrailin şimalını atəşə tutmasına cavab olaraq həyata keçirilib.

İranın zərbələrinə cavab olaraq, İsrail Müdafiə Qüvvələri həmin gecə İslam Respublikasına qarşı bir sıra hücumlar həyata keçirib.

Xəzər
“Cebheinfo.az”