Marta Kos Ermənistana səfər etməyi planlaşdırır
Aİ-nin genişlənmə üzrə komissarı Marta Kos ilk fürsətdə Ermənistana səfər etmək niyyətindədir.
"Cebheinfo.az" xəbər verir ki, o, bu barədə "X" sosial şəbəkəsində yazıb.
"Mən ən qısa zamanda Ermənistana gələcəyəm. Avropanın Ermənistanla həmrəyliyi dəyişməz olaraq qalır", - Kos yazıb.
O, həmçinin bildirdib ki, bu gün tərəflər Aİ-Ermənistan yeni birgə işçi qrupu çərçivəsində işə başlayır, Məqsəd İrəvan və Brüssel arasında tərəfdaşlığın daha da dərinləşdirilməsidir.
"Cebheinfo.az"


