NATO qırıcıları Latviya səmasında dronu vurdu
NATO Latviyaya doğru yönələn pilotsuz uçuş aparatını (PUA) vurub.
"Cebheinfo.az" xəbər verir ki, Latviya Silahlı Qüvvələrinin sosial media hesabından edilən açıqlamada Latviya hava məkanında təhlükənin olduğu bildirilib və vətəndaşlardan qapalı məkanlara keçmələri xahiş olunub.
Daha sonra verilən bəyanatda isə NATO-nun Baltik Hava Patrulu (“Baltic Air Policing”) missiyası çərçivəsində fəaliyyət göstərən qırıcı təyyarələrin havaya qaldırıldığı vurğulanaraq, təhdidin sona çatdığı diqqətə çatdırılıb.
Açıqlamada "Müttəfiq qırıcı təyyarələri Latviya hava məkanına daxil olan bir pilotsuz uçuş aparatını (PUA) uğurla vurub" ifadələri işlədilib.
Xatırladaq ki, 2026-cı ilin may ayında Rusiya ərazisindən gələn 2 Ukrayna pilotsuz uçuş aparatının Latviyadakı neft anbarı obyektlərinə zərbə endirməsi ölkədə böhrana səbəb olmuşdu.
"İrəliləyişçilər" partiyasından olan müdafiə naziri Andris Spruds PUA-larla bağlı hadisələrin idarə olunma formasına görə ötən günlərdə vəzifəsindən kənarlaşdırılmışdı.
Çoxlu sayda PUA-nın mayın 7-də Rusiyadan Latviya hava məkanına daxil olduğu təsbit edilmiş, onlardan 2-si Latviya ərazisinə düşmüşdü.
Təhlükəsizlik böhranı nəticəsində ölkəni idarə edən koalisiya dağılmış, Latviyanın Baş naziri Evika Silinya istefa vermişdi.
Nigar Hacılı
"Cebheinfo.az"


