Pilot və sərnişin həlak olub

Pilot və sərnişin həlak olub

Varşavanın Bemovo hava limanında yüngül təyyarənin uçuş-enmə zolağına çırpılması nəticəsində pilot və bir sərnişin həyatını itirib.

“Cebheinfo.az” xarici mediaya istinadən xəbər verir ki, hadisə zamanı uçuş-enmə zolağında olan hava limanı əməkdaşlarından biri də yaralanıb. Məlumata görə, qəza təyyarənin eniş etməyə çalışdığı vaxt baş verib və zərbədən sonra hava gəmisində güclü yanğın başlayıb.

Təyyarənin hansı modelə aid olduğu açıqlanmayıb. Qəzanın səbəblərinin müəyyənləşdirilməsi üçün araşdırma başladılıb.

Aişə Abdulova
“Cebheinfo.az”