Nar, qoz və giləmeyvəni birləşdirin: Möcüzəni görün

Nar, qoz və giləmeyvəni birləşdirin: Möcüzəni görün

Nar, qoz və giləmeyvələri həzm etdikdən sonra bağırsaq bakteriyaları tərəfindən istehsal olunan müəyyən maddələr bağırsaq baryerini gücləndirə və toxuma zədələnməsini azalda bilər. 

“Cebheinfo.az” xəbər verir ki, bu, Luisvil Universitetinin alimlərinin gəldiyi nəticədir. Tədqiqatın nəticələri “Nature Communications” jurnalında dərc edilib.

Tədqiqatçılar nar, qoz və giləmeyvələrdə olan polifenolları emal etdikdən sonra bağırsaq bakteriyaları tərəfindən istehsal olunan urolitin A birləşməsinin təsirini araşdırıblar. 

İltihabi bağırsaq xəstəliyi olan xəstələrin hüceyrələri, orqanoidləri və toxuma nümunələri üzərində aparılan təcrübələr göstərib ki, bu maddə bağırsaq mukozasının hüceyrələrində qoruyucu mexanizmi aktivləşdirir.

Xəzər
“Cebheinfo.az”