Rusiya Qafanda konsulluq açmaqdan İMTİNA ETDİ

“Rusiyanın Qafanda Baş Konsulluğunun açılmasının zəruriliyinə inanmaq lazım deyil”.
“Cebheinfo.az”-ın məlumatına görə, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova belə deyib.
“Hazırda Rusiyanın Qafan şəhərində baş konsulluğu yoxdur. Ona görə də bu məsələ ilə bağlı rəsmi mövqe əldə etmək üçün biz bunu Ermənistan tərəfi ilə dəqiqləşdirməliyik”, - deyə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi bildirib.
Qeyd edək ki, Rusiya XİN rəhbəri Sergey Lavrov mayın 21-22də Ermənistana səfər etmişdi.Səfərdən öncə Lavrovun Rusiyanın Zəngəzurdakı baş konsulluğunun açılışında iştirak edəcəyinə dair məlumat yayılmışdı.
Rusiya XİN bu məlumatı təsdiq etməsə də, təkzib də etməmişdi. Lakin belə bir tədbir keçirilmədi və Lavrov Moskvaya qayıtdı. Bundan fərqli olaraq, iyunun 2-də Fransa Gorusda fəxri konsulluq açacağını bəyan edib.
Müşfiq Abdulla
“Cebheinfo.az”