Trampın ticarət tarifləri turizmi çökdürür

ABŞ-nin Prezidenti Donald Trampın tətbiq etdiyi sərt tariflərdən ən çox təsirlənən ölkələrdən gələn turistlər Amerikanı tətil marşrutlarından çıxarırlar.
"Cebheinfo.az" xəbər verir ki, aparıcı qlobal otel axtarış platforması olaraq “Trivago” mehmanxana rezervasiya sisteminin məlumatına görə, Yaponiya, Kanada, Meksika və Almaniyadan ABŞ-yə sifarişlərin sayı nəzərəçarpacaq dərəcədə azalıb.
Trampın fevralın 1-də açıqladığı 25 faizlik idxal tarifləri xüsusilə Kanada və Meksikanı hədəf alıb. Trampın tez-tez Kanadanın ABŞ-nin “51-ci ştatı olması lazım olduğunu” ifadə edən açıqlamaları Kanadada sərt reaksiyaya səbəb olub.
Almaniyadan edilən rezervasiyalarda da birrəqəmli azalma olduğu bildirilib.
Avropa İttifaqının ən böyük iqtisadiyyatı olan Almaniya Trampın tez-tez yeni vergi təhdidlərinə məruz qalır.
Ötən həftə Tramp Almaniyaya tətbiq etməyi planlaşdırdığı 50 faizlik tarifə “hələlik ara verdiyini” açıqlayıb.ABŞ-nin 2,6 trilyon dollarlıq turizm sənayesi Trampın “ticarət müharibəsi”nin qlobal iqtisadiyyatda yaratdığı qeyri-müəyyənlik səbəbindən “Tramp effekti”ndən narahatdır.
ABŞ Milli Səyahət və Turizm Bürosunun məlumatına görə, 2025-ci ilin mart ayında ölkəyə gələn xarici ziyarətçilərin sayı keçən ilin eyni ayı ilə müqayisədə 11,6 faiz azalıb.
Onlayn səyahət agentliyi xarakteri daşıyan “Expedia” platformasının törəmə şirkəti olan “Trivago”-nun məlumatları onu göstərir ki, amerikalılar da səyahət xərclərini azaldır və daha aşağı reytinqli, sərfəli otellərə üz tuturlar.
Nigar Hacılı
"Cebheinfo.az"