İstanbuldan Tbilisiyə uçan təyyarə Bakı aeroportuna məcburi eniş etdi

İstanbuldan Tbilisiyə uçan təyyarə Bakı aeroportuna məcburi eniş etdi

Bu gün İstanbul–Tbilisi marşrutu üzrə hərəkət edən “Turkish Airlines” aviaşirkətinə məxsus Boeing 737 tipli hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş üçün sorğu göndərib. 

Bu barədə "Cebheinfo.az"a Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən bildirilib.

Buna səbəb Gürcüstanın təyinat hava limanında havanın əlverişsiz olmasıdır.

Təyyarə yerli vaxtla saat 21:06-da Bakı hava limanına uğurla eniş edib.

Sərnişinlər uçuşla bağlı daha ətraflı məlumatı “Turkish Airlines” aviaşirkətinin nümayəndələrindən əldə edə bilərlər.

"Cebheinfo.az"