39 yaşlı kişi zəhərlənmədən ölüb?

39 yaşlı kişi zəhərlənmədən ölüb?

Ağdamda 39 yaşlı kişi vəfat edib.

"Cebheinfo.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, rayonun Şurabad kənd sakini 1986-cı il təvəllüdlü Murad Oruc oğlu Əsədovun səhhəti pisləşib.

M.Əsədov yaxınları tərəfindən Bərdə Diaqnostika Mərkəzinə çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyib.

Yaxınlarının verdiyi məlumata görə, Murad Əsədov 2-3 gün öncə göbələk yeyəndən sonra onda ağrılar başlayıb. Daha sonra görməsi pisləşib və ayaqlarında problem yaranıb.

Faktla bağlı araşdırma aparılır.

"Cebheinfo.az"