Gənc qadın 8 -ci mərtəbədən düşdü: Bir neçə ay əvvəl toyu olubmuş - FOTOLAR

Gənc qadın 8 -ci mərtəbədən düşdü: Bir neçə ay əvvəl toyu olubmuş - FOTOLAR

Bu gün axşam saatlarında Binəqədi rayonu Xocasən yaşayış kompleksində faciəli hadisə baş verib.

"Cebheinfo.az " xəbər verir ki, əsasən şəhid ailələri və qazilərə dövlət tərəfindən mənzillərin verildiyi kompleksin 3 -cü binasında gənc qadın 8 -ci mərtəbədən düşərək ölüb.

Adının Könül olduğu deyilən gənc qadının bir neçə ay əvvəl toyu olubmuş. Hadisənin ehtiyatsızlıqda baş verdiyi, yoxsa intihar olduğu hələ məlum deyil. Hadisə yerinə təcili tibbi yardım,  hüquq mühafizə orqanlarının əməkdaşları gəliblər. Həyat yoldaşı və qayınanasından dəqiq məlumat almaq mümkün olmayıb. Hadisənin binanın həyətində oynayan azyaşlı uşağın gözü qarşısında baş verdiyi deyilir. Hadisədən təsirlənən daha bir gənc xanımın da vəziyyəti pisləşib, ətrafdakı sakinlər ona ilkin yardım göstəriblər. 

8-ci mərtəbədən düşərək həyatını itirən gənc xanımın həyat yoldaşıı sakitləşdirmək cəhdləri nəticə vermir. O, "Mən dünyanın ən xoşbəxt asamı idim, o, məni çox sevirdi. Atasına demişdim ki, paltaryuyan alma",- deyə qışqırır.

Xəzər 

"Cebheinfo.az"