Körpəni motosikletdə apardılar: Araşdırma aparılır - VİDEO

Ötən gün saat 19:00 radələrində Bakı Olimpiya Stadionunun yaxınlığından keçən motosikletdə 1 yaşlı uşağın da sərnişin qismində olması müşahidə edilib.
"Cebheinfo.az" Baku.ws-ə istinadən xəbər verir ki, motosikletdə olan qızla oğlanın ortasında təxminən 1 yaşlı uşaq olub.
Hadisə şahidlərinin lentə aldığı görüntülərdə motosikletin yüksək sürətlə hərəkət etdiyi və uşağın heç bir qoruyucu vasitə olmadan valideynlərin arasında əyləşdirildiyi açıq şəkildə görünür.
Bakı Şəhər DYP İdarəsindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirildi ki, hazırda sosial şəbəkə seqmentlərində yayılmış videogörüntü ilə əlaqədar araşdırma aparılır:
“Mövcud qanunvericiliyin tələblərinə əsasən, adamların bu formada daşınması qadağandır və öz növbəsində inzibati məsuliyyət yaradır”.
"Cebheinfo.az"