Kürdə qadın meyiti tapıldı

Bu gün Kür çayının Mingəçevir şəhərindən keçən hissəsində meyit tapılıb.
"Cebheinfo.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, ölən şəxsin 55-60 yaşlarında qadın olduğu bildirilib.
Onun hansı şəraitdə çaya düşərək ölməsi və kimliyi hələlik məlum deyil.
Araşdırma aparılır.
"Cebheinfo.az"