Rövşən Qurbanov rüşvətə görə həbs edildi

Rövşən Qurbanov rüşvətə görə həbs edildi

Rusiya Milli Qvardiyasının Novosibirsk vilayəti üzrə mühafizə idarəsinin rəisi Rövşən Qurbanov həbs edilib.

Bakupost.az Rusiya mətbuatına istinadən xəbər verir ki, o, rüşvət almaqda ittiham olunur.

Onun barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Rusiya İstintaq Komitəsinin məlumatına görə, Rövşən Qurbanov aprelin 30-da “Lemana PRO” ticarət mərkəzindən 293 min rubldan çox dəyərində tikinti materialları şəklində rüşvət verməsini tələb edib.

"Cebheinfo.az"