Şabranda mürəkkəb relyefli dağlıq-meşəlik ərazidə yanğın məhdudlaşdırılb - YENİLƏNİB

Şabranda mürəkkəb relyefli dağlıq-meşəlik ərazidə yanğın məhdudlaşdırılb - YENİLƏNİB

Şabran rayonu, Çaraq kəndi ərazisində mürəkkəb relyefli dağlıq-meşəlik ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən məhdudlaşdırılb.

FHN-in Mətbuat xidmətindən verilən məlumata görə, hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür.

Əlavə məlumat veriləcək.

16.05

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şabran rayonu, Çaraq kəndi istiqamətində mürəkkəb relyefli dağlıq-meşəlik ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb. Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Hazırda yanğının yayılmasının qarşısının alınması və söndürülməsi istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər görülür.

Əlavə məlumat veriləcək.

"Cebheinfo.az"