Britaniya səfiri Azərbaycana başsağlığı verib

Britaniya səfiri Azərbaycana başsağlığı verib

Rusiyada azərbaycanlılara qarşı baş verən hadisələr bizi dərin şəkildə qayğılandırır.

"Cebheinfo.az" xəbər verir ki, bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld “X” platformasındakı paylaşımında bildirib.

"Öldürülənlərin ailələrinə başsağlığı verir və bu zamanda Azərbaycan xalqının yanında olduğumuzu bildiririk. Ədalətin təmin olunması istiqamətində Azərbaycanın səylərinə dəstəyimizi ifadə edirik", - səfir vurğulayıb.

"Cebheinfo.az"