Netanyahunun oğlu adını DƏYİŞİB

İsrailin Baş naziri Benyamin Netanyahunun oğlu Avner Netanyahunun 2022-ci ildə təhsil almaq üçün Böyük Britaniyaya köçməzdən əvvəl qorxusundan adını dəyişdiyi məlum olub.
"Cebheinfo.az" xəbər verir ki, Avner Netanyahu "Netanyahu" soyadının çoxsaylı müsəlman əhalisinin yaşadığı ərazilərdə tanınma qorxusuyla adını Avi Segal olaraq dəyişib.
Bu yeni adla İngiltərədə universitetə qeydiyyatdan keçib və bir mənzil alıb. Avner, adını yalnız şəxsiyyət vəsiqəsində deyil, həm də sürücülük vəsiqəsi və pasportunda dəyişdirdiyini bildirərək, müsəlmanların yaşadığı bir ölkədə "Netanyahu" soyadı ilə gəzməkdən qorxduğunu açıqlayıb.
Avi Segal adı ilə İngiltərədə 502 min sterlinqə mənzil almış Avner, bu alışı nağd olaraq edib və Oxford Universitetində magistr təhsilinə, atasına olan əlaqəsini gizləyərək başlayıb. Məktəbdəki qeydiyyatlarda da adı Avi Segal olaraq keçir.
İsrail qanunlarına görə xaricdən satın alınan və dəyəri 2 milyon İsrail şekelindən aşağı olan mülklər üçün vergi idarəsini xəbərdar etməyə ehtiyac olmadığı bildirilən xəbərdə Avnerin lirənin şekel qarşısında ən zəif olduğu dövrdə aldığı mənzilin 1 milyon 970 min şekelə başa gəldiyi üçün məlumat verilmədiyi vurğulanıb.
Bildirilib ki, mənzili hansı mənbədən aldığı soruşulan Avner mənbənin ailəsi olduğunu deyib.
Qeyd olunub ki, Avner 2023-cü il oktyabrın 7-dən sonra İngiltərədən İsrailə qayıdıb.
İsrail mətbuatı Netanyahu ailəsinin bir çox mülkə sahib olduğunu, Avnerin İngiltərədən aldığı mənzilin də onlardan biri olduğunu yazıb.
Nigar Hacılı
"Cebheinfo.az"